
Tovuz stadionundan söküləcək süni örtük hara aparılacaq?
- 11 İyn 2025 13:00
- 784
Bu yay Tovuz stadionunun süni örtüyü təbii örtüklə əvəzlənəcək.
Rekord.az xəbər verir ki, işlər "Turan Tovuz"un Tovuzda tikəcəyi yeni baza ilə paralelı aparılacaq.
Bunun səbəbinə gəlincə, hazırkı əsas stadiondakı süni örtük söküldükdən sonra yeni bazaya aparılacaq və orada quraşdırılacaq. Hazırda həmin bazada smeta işləri yekunlaşmaq üzrədir. Daha sonra süni örtük üçün yer hazırlanacaq, Bundan sonra isə əsas stadionun örtüyü sökülüb yeni bazaya aparılacaq və ora döşənəcək. Ardlnda isə əsas stadionda təbii örtüklə bağlı işlərə başlanılacaq.