"Tottenhem"də baxışda olandan sonra İsveçə qayıtmışam. Hazırda "Göteborq"un məşqlərinə qatılmışam. Hələ ki, ingilislərdən xəbər yoxdur".

 

Rekord.az xəbər verir ki bu sözləri sportinfo.az-a açıqlamasında "Göteborq"un azərbaycanlı futbolçusu Ayxan Cabbarov deyib.

 

İsveç klubunun 19 yaşlılardan ibarət komandasında oynayan Cabbarov bir müddət əvvəl "Tottenhem" futbol akademiyasında baxışda olmuşdu. Həmyerlimizin dediyinə görə, ingilislər hələ ki, rəsmi təklif göndərməyib: "Mənimlə birlikdə qapıçımız da "Tottenhem"ə baxışa yollanmışdı. İndi komandanın məşqlərinə qoşulmuşam. Hələ ki, onlardan xəbər yoxdur. Mənim "Göteborq"la müqaviləm var. "Tottenhem" məni transfer etmək istəsə, klublar öz aralarında danışıq aparacaqlar, daha sonra mənə bir söz deyəcəklər".