Fərid Qayıbov Qazaxda yeni güləş zalında aparılan işlərlə tanış olub
- 18:00
- 26
Noyabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov Qazax şəhər mərkəzi stadionunun ərazisində yaradılan güləş zalında aparılan işlərlə tanış olub.
Bu barədə Rekord.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi regionda güləşin inkişafına töhfə vermək və idmançıların məşq şəraitini yaxşılaşdırmaqdır.
Layihəyə əsasən, zalda üç ədəd güləş xalçasının yerləşdirilməsi nəzərdə tutulub.