Azərbaycan çempionatının turnir cədvəli müəyyənləşib
- 19:29
- 31
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunlarından sonra turnir cədvəlində vəziyyət müəyyənləşib. "Rekord.az" xəbər verir ki, Super Liqada keçirdikləri hər iki oyunda qələbə qazanan "DH Volley" və "Turan" klubları 6 xalla ilk iki pillədə qərarlaşıblar.
Üç oyundan iki qələbəsi olan "Murov Az Terminal" 6 xalla üçüncü, "Naxçıvan" 5 xalla (3 oyun, 2 qələbə) dördüncü yerdədir.
Turnir cədvəlində beşinci pillədə olan "Milli Aviasiya Akademiyası"nın 3 xalı (2 oyun, 1 qələbə), altıncı yerdəki "AZERRAIL"in 3 xalı (2 oyun, 1 qələbə) var. Eyni göstəricilərə malik "Azərmaş Abşeron" isə setlərdəki xalların fərqinə görə yeddinci pillədədir.
Üç oyunun hamısında məğlub olan "Gəncə" 1 xalla səkkizinci, üç qarşılaşmada xalsız məğlub olan "UNEC" isə sonuncu pillədə yer alır.
