Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyunlar keçiriləcək
- 11:30
- 27
Bu gün Azərbaycan Basketbol Liqasında I və III turlardan təxirə salınmış oyunlar keçiriləcək.
Rekord.az xəbər verir ki, ilk turdan təxirə düşmüş qarşılaşmada saat 15:00-da "Naxçıvan" "Neftçi" ilə üz-üzə gələcək.
3-cü turun matçında isə saat 18:00-da "LANDAU Lions" "Ordu" ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında gerçəkləşəcək.
Qeyd edək ki, hərəyə 11 xalı olan "Naxçıvan" və "Neftçi" kollektivləri turnir cədvəlində müvafiq olaraq ikinci və üçüncü pillələri bölüşür. 9 xalı olan "LANDAU Lions" beşinci,"Ordu" isə 8 xalla yeddincidir.