Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək.


Bu barədə Rekord.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən bildirilib.


Gənclər və İdman Nazirliyi və ASTF-nin təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların idmançıları bacarıqlarını göstərəcəklər.


Noyabrın 23-də Şüa İdman Sağlamlıq Kompleksində start götürəcək turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq.


Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq.


Qeyd edək ki, yarışda fərqlənən idmançılara nazirliyin diplom və medalları, federasiyanın mükafatları təqdim olunacaq.