“Təxribatlara cavab vermək olmaz” - Berdıyev
- 17:40
- 34
“Turan Tovuz” Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
“Gözlədiyimiz kimi, ağır oyun oldu. “Şamaxı” bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı oyunları da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvsiz olmadı. Amma istənilən halda, qələbə yaxşıdır. Azlıqda qalandan sonra uşaqlar xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir.
Xorxe Silvanın qırmızı vərəqəsinə gəlincə, bu, yolverilməzdir. İstənilən halda, oyunumuza təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı təxribat var idi. Təxribatlara cavab vermək olmaz”.