Növbəti həftədə ölkə çempionatı və avrokubokların təqvimi açıqlanıb
- 17:41
- 35
Gələn həftə keçiriləcək voleybol üzrə ölkə çempionatı və avrokuboklardakı oyunların vaxtı açıqlanıb. "Rekord.az" xəbər verir ki, 23-29 noyabr tarixlərində Suepr Liqa ilə yanaşı, Çempionlar Liqası və Çelenc Kubokunda qarşılaşmalar baş tutacaq.
Qadınlardan ibarət "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. Bu yarışda çıxış edən kişilərdən ibarət "Xilasedici" klubu səfərdə 3-cü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.
Qadınlardan ibarət "DH Volley" klubu isə doğma meydanda Çelenc Kubokunda 1/16 final mərhələsində ilk oyununu keçirəcək.
Qeyd edək ki, kişi voleybolçuların Super Liqasının VI turunda keçirilməsi nəzərdə tutulan “Xilasedici” – “Neftçi” qarşılaşması “Xilasedici” komandasının Çempionlar Liqasında səfər oyunu ilə eyni vaxta təsadüf etdiyindən təxirə salınıb.
24 noyabr
Super Liqa (qadınlar)
IV tur
16:00. “Milli Aviasiya Akademiyası” - “Naxçıvan”
24 noyabr
Super Liqa (kişilər)
VI tur
16:00. “Murov Az Terminal” – “ORDU”
25 noyabr
CEV Çempionlar Liqası (qadınlar)
D qrupu
21:30. “Savino Del Bene SCANDICCI” – “Turan”
26 noyabr
CEV Çempionlar Liqası (kişilər)
3-cü təsnifat mərhələsi, cavab oyunu
23:00. “ACH Volley LJUBLJANA” - “Xilasedici”
26 noyabr
CEV Çelenc Kuboku (qadınlar)
1/16 final mərhələsi, 1-ci oyun
18:00. “DH Volley” - “LKS Commercecon LODZ”
26 noyabr
Super Liqa (kişilər)
VI tur
17:00. “Gənclər” - “AZERRAIL”
27 noyabr
Super Liqa (qadınlar)
IV tur
16:00. “AZERRAIL” - “Murov Az Terminal”
28 noyabr
Super Liqa (qadınlar)
IV tur
14:00. “Azərmaş Abşeron” – “Turan”
28 noyabr
Super Liqa (qadınlar)
IV tur
15:00. “Gəncə” – UNEC
29 noyabr
Super Liqa (kişilər)
V tur (təxirə düşən oyun)
14:00. “Gənclər” – “Neftçi”
