
"Tottenhem" gürcü futbolçu transfer etməyə hazırlaşır
- 24 May 2023 15:42
- 423
"Valensiya"nın gürcüstanlı qapıçısı Giorgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirə bilər.
Rekord.az "The Athletic"ə istinadla xəbər verir ki, gürcü qapıçı Tottenhem"ə keçə bilər.
Başqa bir iddiaya görə, digər ingilis klubu "Aston Villa" da Mamardaşvilini heyətində görmək istəyir. Deyilənə görə, "Valensiya" gürcü qapıçı üçün 100 milyon avro tələb edir.