"Tottenhem" baş məşqçisi Angelos Postekoqlu ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Tərəflər arasındakı müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb.


Postekoqlu 2023-cü ildən “Tottenhem”ə rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis geridə qalmış mövsümdə "Tottenhem"lə Avropa Liqasının qalibi olub. Bu, klubun 2008-ci ildən etibarən ilk tituludur. İngiltərə Premyer Liqasında isə komanda 38 xalla 17-ci yeri tutub.