"Sabah"la oyunun ilk hissəsində zədələnərək meydançanı vaxtından əvvəl tərk edən "Qarabağ"ın futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, yüngül zədə olsa da, futbolçunun ümumi durumunda ciddi problem aşkarlanmayıb.

Onun adı "Zirə" ilə keçiriləcək növbəti matçda da sifariş ərizəsində olacaq.