
Tərlan Əhmədov da "hə" deməsə idi, "Kəpəz"in baş məşqçisi bu şəxs olacaqdı ÖZƏL!
- 14 Okt 2022 17:00
- 835
Məlum olduğu kimi, Yaşar Vahabzadənin istefasından sonra "Kəpəz"in baş məşqçi postunun yeni sahibi üçün bir müddət seçimlər aparıldı.
Rekord.az xəbər verir ki, Əhmədovdan öncə Şahin Diniyev və Aftandil Hacıyevlə aktiv danışıqlar getmiş və hər iki şəxs Gəncəyə getməkdən imtina etmişdi.
Ardınca isə Tərlan Əhmədovla razılıq əldə olundu. Saytımıza daxil olan son məlumata görə, əgər Əhmədov da "Kəpəz"in baş məşqçisi olmaqdan imtina etsəydi, o zaman rəhbərlik komandanı yerli məşqçi olan Azər Məmmədova tapşırmağı düşünürmüş.