Tərlan Əhmədoun növbəti mövsüm "Kəpəz"də görmək istədiyi futbolçulardan biri də Abdulla Rzayevdir.

Rekord.az xəbər verir ki, özünü yaxşı tərəfdən göstərən gənc futbolçu baş məşqçinin də etimadını qazanıb.

Lakin bir məsələ var ki, Abdulla müqavilə ilə "Sabah"a məxsusdur və mövsümün sonunda yenidən Masazır təmsilçisinin düşərgəsində qayıdacaq. Murat Musayev ehtiyac duyacağı halda "Sabah"ın düşərgəsində qalacaq. Əks halda, yenidən icarə əsasında "Kəpəz"ə dönüşü mümkündür.