
Ter Ştegendən rekord göstərici
- 24 Okt 2022 20:00
- 406
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya La Liqasında rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı almaniyalı qolkiper mövsümün əvvəlindən bu yana keçirdiyi 11 oyundan 9-da qapısından qol buraxmayan ilk qapıçı olub.
O, yalnız “Real Sosyedad” (4:1) və “Real”la matçda (1:3) qol buraxıb.
“Barselona” İspaniya La Liqasında 11 oyundan sonra 28 xalla ikincidir. Növbəti turda kataloniyalılar səfərdə “Valensiya” ilə qarşılaşacaq.