“Kocaelispor”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Baş məşqçi vəzifəsinə tanınmış mütəxəssis Selçuk İnan gətirilib. Onunla 1+1 illik müqavilə imzalanıb.


"Kocaelispor" yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq.


Qeyd edək ki, İnanın son klubu “Qaziantep” olub.