Höccət Haqverdi "Sumqayıt"dan ayrıla bilər.

Rekord.az xəbər verir ki, hazırkı durum bunu deməyə əsas verir.

Belə ki, iranlı müdafiəçinin Sumqayıt təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb. "Sumqayıt" ona yeni müqavilə də təklif edib. Lakin futbolçu bu təklifə "hə" deməyib. Düzdür, "yox" da deməyib və bildirib ki, millinin düşərgəsindən qayıtdıqdan sonra qəti qərarını açıqlayacaq. Saytımıza daxil olan məlumata görə, futbolçuya başqa təkliflər olduğundan o, "Sumqayıt"da qalmaq istəmir. Ona görə ilk növbədə həmin təklifləri nəzərdən keçirmək istəyir. Alınmasa, "Sumqayıt" variantı onsuz da realdı.