“Sumqayıt” Futbol Akademiyasının türk koordinatoru Hakan Sünal Almaniyaya qayıtmağa hazırlaşır. O, karantin rejiminin ləğvini və uçuşların bərpasını gözləyir.

Rekord.az-a daxil olan məlumata görə, Sünal indiki halda Azərbaycanda qalmaq üçün səbəb görmür.

Uşaq liqaları ləğv edildi, yeni mövsümün nə zaman start götürəcəyi isə məlum deyil. Bundan başqa, türk məşqçi Azərbaycana həm də Pro almaq üçün gəlımişdi. Lakin bu yaxınlarda açıqlandı ki, yayda nəzərdə tutulan Pro kateqoriyalı kurslar da qeyri-müəyyən müddətə təxirə salınıb. Yəni bu mənada da Azərbaycanda qalmağın əhəmiyyəti yoxdur.