"Sumqayıt"ın futbolçusu "Zirə"nin hədəfində! - ÖZƏL!
- 15:00
- 62
Mövsümün sonunda "Sumqayıt"la müqaviləsi başa çatacaq Ronaldo Vaskes hələ də ona təklif olunan yeni müqavilə təklifinə müsbət cavab verməyib.
Rekord.az xəbər verir ki, buna səbəb ona digər klublardan ciddi təkliflərin olması ilə bağlıdır.
Əldə etdiyimiz son məlumata görə, dominikanlı futbolçunun xidmətində "Zirə" ciddi şəkildə maraqlıdır. Rəşad Sadıqov bu futbolçunu yeni mövsümdən öz komandasında görmək istəyir.