Sumqayıtda yeni uşaq futbol məktəbi fəaliyyətə başlayıb
- 10:00
- 38
Sumqayıt şəhərində Junior United Futbol Akademiyası fəaliyyətə başlayıb.
Rekord.az xəbər verir ki, yeni yaradılan futbol məktəbi 6–15 yaş arası uşaqlar üçün nəzərdə tutulub və onların peşəkar səviyyədə inkişafını qarşısında hədəf qoyub.
Akademiyada həm fərdi, həm də qrup şəklində məşqlər təşkil olunur. Təlim proqramları uşaqların yaş və fiziki xüsusiyyətlərinə uyğun hazırlanıb və hər bir iştirakçıya fərdi yanaşma tətbiq edilir. Məktəbin əsas üstünlükləri sırasında peşəkar klublarla əməkdaşlıq və beynəlxalq turnirlərdə iştirak imkanları xüsusi yer tutur.
Məşqlər UEFA lisenziyalı mütəxəssislərin rəhbərliyi ilə aparılır. Akademiyada UEFA A lisenziyalı məşqçi Kənan Hacıyev və UEFA B lisenziyalı məşqçi Namiq Əliyev çalışır. Tədris prosesində müasir futbol metodlarından istifadə olunur ki, bu da uşaqların həm texniki, həm fiziki, həm də taktiki biliklərinin inkişafına şərait yaradır.
Qeyd edək ki, akademiyada qeydiyyat artıq başlayıb. Maraqlanan valideynlər aşağıdakı əlaqə nömrələri vasitəsilə ətraflı məlumat əldə edə bilərlər:
📞 +994 50 595 75 15
📞 +994 50 397 62 61
📞 +994 55 295 65 15