“Sumqayıt” futbol klubu daha bir futbolçusuyla müqavilə müddətini artırıb.

Rekord.az xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçisi Vüqar Mustafayevlə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi daha 1 il “Sumqayıt”ın uğurları üçün çalışacaq.

2019/2020 mövsümündən “Sumqayıt”da çıxış edən Vüqar Mustafayev 15 oyunda ümumilikdə 1346 dəqiqə meydanda olub.

“Sumqayıt” daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazovla müqavilə müddətini artırmışdı.