Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02-06 iyun tarixlərində Sumqayıt şəhər “Socar Polymer Arena” da “Uşaqların Beynəlxalq Müdafiyəsi günü”nə həsr olunmuş futbol idman növü üzrə 2011-2012 ci il təvəllüdlü yeniyetmələr arasında Sumqayıt şəhər kuboku keçirilib.

Rekord.az xəbər verir ki, kubokun keçirilməsində məqsəd “Uşaqların Beynəlxalq Müdafiəsu günü”nün qeyd edilməsi, futbol  idman növünün təbliği, bu idman növündə perspektivli idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Yarışın qalib və mükafatçıları Regional İdarə tərəfindən diplom və Kubokla təltif olunub.