Sumqayıtda beynəlxalq turnir keçiriləcək
- 21:40
- 33
Sumqayıtda 3x3 basketbol üzrə "Women"s Series" beynəlxalq turniri keçiriləcək.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yarış iyunun 20–21-də Sumqayıt Bulvarında baş tutacaq. Azərbaycanı turnirdə qadınlardan ibarət milli komanda və "Neftçi SOCAR" təmsil edəcək.
Mükafatlar uğrunda həmçinin Almaniya, Çin, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, "Yanjing" (Çin), Slovakiya, Tailand, Misir, Sloveniya, Litva və Paraqvay komandaları mübarizə aparacaq.