Pandemiyadan sonra məşqlərə başlayan "Sumqayıt"ın ilk məşqi media üçün qapalı olub. Yəni jurnalistlər məşqə buraxılmayıb. 

Rekord.az-ın "Kapital Bank Arena"da olan əməkdaşının məlumatına görə,  arenaya ancaq futbolçular və məşqçilər buraxılıb.

Məşqə gəlincə, arenaya gələnlərin arasında Aleksey İsayv gözümüzə dəymədi. Bu yaxınlarda ata olan İsayev hələ ki, Rusiyadan dönə bilmir. Bundan başqa, öyrəndik ki, "Sumqayıt" iyunun 7-də yoxlama görüşü də keçirəcək. Lakin rəqibin kimliyi hələ bilinmir.