Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.

“Sumqayıt” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. “Gənclik şəhəri” təmsilçisi bu dəfə də qələbə qazana bilməsə, 2-ci pillədəki mövqeyini itirə bilərdi. Dörd qolun qeydə alındığı oyun "Sumqayıt"ın növbəti məğlubiyyəti ilə başa çatıb.

“Zirə” – “Turan Tovuz” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah, “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” görüşləri isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası
25-ci tur 

1 mart

“Sumqayıt” – “Kəpəz” 1:3
Qollar: İsa Suliman, 80 - Vüsal Məsimov, 20. Mate Kvirkviya, 62. Rüfət Əhmədov, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.