"Sumqayıt" yeni mövsümün hazırlıqlarına  iyulun 5-də başlamağı düşünür.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi ayın 20-ə kimi Sumqayıtda hazırlıq keçəcək.

İyulun 20-dən avqustun 5-ə kimi isə hazırlığın ölkə xaricindəki bölümü start götürəcək. Sumqayıtlılar ölkə olaraq, Türkiyəyə yollanacaq. Lakin hansı şəhər olduğu yaxın günlərdə məlum olacaq.