
Son iki mövsümün rekordu
- 02 İyn 2025 14:40
- 69
Azərbaycan Kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.
Rekord.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur.
Kubokun 2023/2024 və 2024/2025 mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.
Daha çox tamaşaçının olduğu son matç 2022/2023 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.
“Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.