
Simeone: "Heç yerə getmirəm, burdayam"
- 13 Okt 2022 16:00
- 385
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone gələcəyi ilə bağlı danışıb.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubundan ayrılmaq fikrində olmadığını bildirib: "Mən "Atletiko"dan heç yerə getmirəm, buradayam. Hiss edirəm ki, həmişə olduğu kimi eyni dəstəyə sahibəm. Bu yaxınlarda məndən özümü başqa yerdə görə biləcəyimi soruşdular... Cavabım belə oldu: "Xeyr, qətiyyən".
Qeyd edək ki, "Atletiko" La Liqada hazırda 16 xalla 4-cü pillədə qərarlaşıb.