"Neftçi" 9 futbolçu ilə yollarını ayırsa da, Ramil Şeydayevi hələ də razı salmaq mümkün olmur.

Rekord.az xəbər verir ki, Samir Abasovun gələcək planlarında bu futbolçuya yer yoxdur.

Di gəl ki, onun da klubla hələ 2 illik müqaviləsi qalıb. Gedib iki il əvəzedici komandada oynamağa razıdı, amma təzminat məsələsində güzəştə getməyə yox. Bu səbəbdən onunla yolların ayırılması hələ ki, mümkün deyil.