Futbol üzrə Serbiya Super Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, koronavirus pandemiyasına görə 2,5 ay idi dayandırılan Serbiya çempionatında mövsüm ötən gün baş tutan 27-ci turun oyunları ilə bərpa olunub.

Səfərdə “Rad”ı 5:0 hesabı ilə məğlub edən “Srvena Zveda” bitimə 3 tur qala çempionluğunu rəsmiləşdirib. Xallarının sayını 72-yə çatdıran bu komandanın əsas izləyicisi “Partizan” isə 58 xala malikdi.

Qeyd edək ki, bu, “Srvena Zvezda”nın 31-ci çempionluğudu.