"Spartak"ın üzvü Keyta Baldenin Rusiyanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. 

Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, seneqallının bu qərarı verməsinin səbəbi Rusiyada qismən səfərbərliyin elan edilməsidi.

Futbolçunun İtaliyaya qayıdacağı gözlənildiyi bir anda, meneceri yayılan xəbərləri təkzib edib. O, yarımmüdafiəçinin Moskvadan ayrılmayacağını söyləyib:

"Balde Rusiyanı tərk etməyəcək. O, klubunda qalır”.

​İspaniyada doğulmuş seneqallı “Latsio”, “Monako”, “İnter”, “Sampdoriya”, “Kalyari”də oynadıqdan sonra bu il “Spartak”a keçib.