"Səbail" kosovalı müdafiəçi ilə müqavilə bağladı
- 11 Avq 2021 12:00
- 656
Litvalı yarımmüdafiəçi Şımkus Domantas və albaniyalı müdafiəçi Yurgen Qoxa ilə 1 illik müqavilə imzalayan “Səbail “ daha bir legionerlə rəsmi münasibət qurub.
Rekord.az xəbər verir ki, “dənizçilər“ Camal Araqo ilə rəsmi “nigah“a girib.
27 yaşlı qanalı bura Kosovadan gəlib.
“Drita“nın mərkəz müdafirəçisi son olaraq Konfrans Liqasının təsniat mərhələsində “Feyenoord“a qarşı oyunlarda iştirak edib.
Araqonun Bayıl təmsilçisi ilə bağladığı müqavilənin müddəti 1 ildir.