
"Səbail" Bayıldan köçür?
- 11:00
- 247
Son mövsümün yekunlarına görə Premyer Liqanı tərk edən "Səbail"in gələcək taleyinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, komandanın I Liqada çıxış edəcəyi dəqiqləşib.
Klub rəhbərliyi heyətlə bağlı işlərə də start verib. Lakin stadionla bağlı məsələ açıq qalıb. "Səbail" yarandığı gündən 20-ci sahədə yerləşəcən stadiondan ev sahibi kimi istifadə edir. Lakin sön mövsümdən sonra klubun sözügedən stadionla icarə müqaviləsi də bitib. Yeni müqavilə isə hələ də bağlanmayıb. AFFA İcraiyyə Komitəsi isə bu yaxınlarda Bayıl stadionunda təmir işlərinin aparııacağını açıqladı. Görünən budur ki, "Səbail" məşq və ev oyunları üçün özünə yeni stadion axtarmalı olacaq.