"Kəpəz" bu gün Sumqayıtda dəstəksiz qalmayacaq
- 07:00
- 38
"Kəpəz"i bugün Misli Premyer Liqasının IX turu çərçivəsində Sumqayıtda "Şəfa"ya qarşı keçiriləcək görüşdə 200 azarkeş dəstəkləyəcək.
Rekord.az xəbər verir ki, "sarı-göylər"in hər 4 fan-klubu - "Xəmsə", " Kapaz Ultras", "Zona-20" və "Cavad xan"ın üzvləri xüsusi ayrılmış avtobuslarla səfərə gedəcəklər.
Eyni zamanda Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da "SOCAR Polymer Arena"ya təşrif buyuracaqlar