Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatına bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.


Azərbaycanın dörd təmsilçisi bu gün xalça üzərinə çıxacaq.


4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq) medal qazanmağa çalışacaq.


Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.