Yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də, Riqadakı “Skonto” stadionunda keçiriləcək Latviya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.


Rekord.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah jurnalistlərin qarşısına çıxacaq:


6 iyun


Latviya milli komandası

12:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

16:30. Mətbuat konfransı


Azərbaycan milli komandası

18:45. Mətbuat konfransı

19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq


Qeyd: tədbirlərin başlama saatı Bakı vaxtı ilə göstərilib.