Samir Abasov komandanın legionerlərinin böyük əksəriyyətinin oyunundan narazıdır.

Rekord.az-a daxil olan məlumata görə, 41 yaşlı mütəxəssis bəzi futbolçuların, ümumiyyətlə, komandadan göndərilməsini istəyir.

Konkret olaraq, toqolu hücumçu Ture Ouro Nİli və qvineyalı Ture Alyanı sərəncamında görmək istəmir. Böyük ehtimalla hər iki futbolçu qışda göndəriləcək.