“Neftçi”də klubdaxili narazılıq günü-gündən artır.

Rekord.az-a daxil olan məlumata görə, əsas narazılıq baş məşqçi Samir Abasovla rəhbərlik arasındadır.

Abasov klubda tam səlahiyyət sahibi olmaq istəyir. Komandayha futbolçu seçimində. Necə ki, Qurban Qurbanov “Qarabağ” futbolla bağlı hər şeydə əsas söz sahibidir. Yəni Qurbanovun istəmədiyi heç bir futbolçu komandaya gətirilə bilməz. “Neftçi”də isə vəziyyət fərqlidir. Böyük maraqların toqquşduğu kluba kənardan 10 əl soxulur. Hərə də öz marağını fikirləşir. Məsələn, Ahmet Ahmedov, Keysuki Honda kimi yüksək ödənişli futbolçuları “Neftçi”yə Samir Abasov gətirməyib. Heç bu futbolçular Abasovun futbol sisteminə, fəlsəfəsinə də uyğun gəlmir. Sadəcə, kimlərsə rəhbərliyin əli ilə həmin futbollçuları “Neftçi”yə gətirib. Abasov da bu gün həmin futbolçuları oynatmağa məcburdur. Lakin baş məşqçi növbəti mövsümdə də bu problemləri yaşamaq istəmir. Çünki o zaman özünün oyun sistemi pozulur, komanda “Qarabağ”la çempionluq mübarizəsində önə çıxsa da, sonradan yenidən geri düşür.