Qışda "Şamaxı"dan ayrılan Belajdi Pusi yenidən Azərbaycana qayıtmaq istəyir.

Rekord.az xənər verir ki, onun formasını geyindiyi "Fakel" Premyer Liqanı tərk edərək I Diviziona düşüb.

Futbolçu isə aşağı liqada oynamaq istəmir. Hətta deyiənə görə, müqavilə bağlayan zaman bununla bağlı bəndi də ora əlavə edib.  Futbolçu da bu durumdan istifadə edərək Voronejdn ayrılmağa qərar verib. Əldə etdiyimiz məlumata görə, meneceri vasitəsi ilə Azərbaycan klublarına öz xidmətini də təklif edib. Yəni kim onun xidmətində maraqlı olsa, danışıqlar aparmağa hazırdı.