"Şamaxı"nın baş məşqçisi postuna daha bir namizəd
- 18:00
- 70
Ayxan Abbasov mövsümün sonunda "Şamaxı"dan gedəcəyini açıqladıqdan sonra onun yerinə namizəd göstərilən mütəxəssislərin sayı artmaqdadır.
Rekord.az-a daxil olan məlumata görə, Ramiz Məmmədov da bu siyahıya qoşulub.
Hazırda "Mingəçevir"in baş məşqçisi postunu tutan Məmmədovun əsas hədəfi bu komandanı Premyer Liqaya çıxarmaqdı. Amma vəziyyətdən asılı olaraq o, əvvəlki iş yerinə geri dönə də bilər. Deyilənə görə, "Şamaxı" rəhbərliyinin namizədlər siyahısında Məmmədov variantı da var.