
"Şamaxı"nın baş məşqçisi heç-heçəni ədalətli nəticə saymır
- 23 Okt 2022 18:49
- 435
"Ağır səfər oyunu oldu. "Səbail" son iki turda xal qazanmışdı, yaxşı da futbol oynamışdılar. Onlar çətin rəqibdir, yaxşı futbol oynayırlar".
Rekord.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 11-ci turunda bu gün "Səbail"lə keçiriləcək səfər matçından sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan matçı belə dəyərləndirib: "Oyunu iki hissəyə bölərdim. İlk yarıda toparlana bilmirdik. Çünki rəqibin təzyiqi yüksək idi. Qırmızı vərəqədən sonra komanda özünə gəldi. Qol epizodlarımız olsa da, yararlana bilmədik. Bir xala da şükür edirik. Davam edəcəyik. Oyunumuzu inkişaf etdirib, qollar vurub qələbələr qazanacağıq. "Səbail"ə uğurlar arzulayıram. Komandama təşəkkür edirəm ki, sona qədər mübarizə apardılar.
Heç-heçə ədalətli nəticə deyildi. İlk yarıda üstünlük "Səbail"dəydi. Fasilədən sonra isə üstünlük bizə keçdi. Doğrudur, rəqib də bizi əks-hücumda tuta bilirdi. Qol imkanları da var idi".