"Şamaxı" klubunda futbolçuların iki aydır maaş ala bilməməsi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, məsələ qismən həllini tapıb.

Belə ki, aldığımız son məlumata görə, bölgə klubunda forma geyinənlər avqust ayının maaşını alıb. Sentyabr ayının maaşının isə gələn həftə ödəniləcəyi gözlənilir.