
"Şamaxı" Radenoviçlə yolları ayırdı
- 29 May 2025 15:30
- 57
"Şamaxı" klubu Vasiliye Radenoviç ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı monteneqrolu müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Radenoviç ötən ilin yayında Bosniya və Hersoqavinanın “GOSK Gabela” klubundan transfer olunmuşdu.