Mövsümün əvvəlində hamıdan gec bir araya gələn "Şamaxı" eyni zamanda açıqlama yaydı ki, heyətdə legioner olmayacaq və ancaq yerli futbolçularla oynayacaqlar. 

Rekord.az xəbər verir ki, klub rəhbərliyi bu addımı ölkə futboluna yerli, gənc futbolçuları qazandırmaq istəyi ilə izah etsə də, əsl reallıq başqadır.

İş ondadır ki, xələfi "Keşlə"dən xeyli borc yığılıb qalıb. Elə bu borcların böyük hissəsi də məhz legionerlərə olam borclardı. Həmin məsələlər yoluna qoyulmasa, klub üçün UEFA-dan ciddi sanksiyalar gələ bilər. Bütün bunları nəzərə alan rəhbərlik borclar tam bağlanana kimi legioner almaqdan imtina edib. Yəni o legionerlərə veriləcək pullar yerli gəndlərə sərf olunacaq, bu qənaət sayəsində hazırkı rəhbərlik əvvəlki rəhbərlikdən qalan borcları ödəməyə çalışacaq.