
“Şamaxı” Konate ilə vidalaşdı
- 26 May 2025 20:00
- 167
"Şamaxı" Brahim Konate ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
28 yaşlı fransalı yarımmüdafiəçi bölgə təmsilçisinə ötən ilin yayında transfer olunmuşdu.