Turnur cədvəlində sonuncu pillədə qərarlaşan "Şamaxı"da maddi planda da işlər qaydasında getmir.

Rekord.az xəbər verir ki, Premyer Liqada ilk dövrə tamamlansa da, AFFA-dan maliyyələşən əksər klublar kimi, Şamaxı təmsilçisində də büdcə hələlik təsdiqlənməyib.

Yerli icra hakimiyyəti bəlli xərcləri qarşılasa da, maaş baxımından ciddi sıxıntı var. Saytımıza daxil olan məlumata görə, futbolçular iki aydır ki, maaş almır. Avqustda müəyyən məbləğ verilsə də, maaşların böyük hissəsi ödənməyib. Sentyabr ayının maaşı da tam olaraq durur.