Son günlər mətbuatda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin ölkə xaricindən olan bəzi klubarın maraq dairəsində olması haqda məlumatlar yayılıb.

Rekord.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, qapıçının “Qarabağ”ı tərk etmək variantı yoxdur.

Çünki qapıçı ilə bağlı heç bir klubdan Ağdam klubuan rəsmi təklif gəlməyib.