
"Sabah"ın yeni baş məşqçisinin adı məlumdu!
- 10:59
- 176
"Sabah" yeni baş məşqçiylə anlaşıb. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, bu litvalı çalışdırıcı Valdas Dambrauskasdı. Məşqçiylə razılıq əldə olunub, onunla 2 illik müqavilə imzalanacaq.
Dambrauskas təcrübəli məşqçidi. 48 yaşlı mütəxəssis son olaraq Macarıstanın "Dyoşdyor" komandasına rəhbərlik edib. O, karyerası ərzində "Ekranas", "Jalqris", RFŞ, "Qoritsa", "Ludoqorets", "Hayduk", "OFİ Krit" kimi komandalarında işləyib.
Ötən mövsüm onun çalışdırdığı "Omoniya"(Nikosiya) Konfrans Liqasının pley-off mərhələsində "Zirə" (6:0, 0:1) ilə qarşılaşmış və mərhələni qalib tərəf kimi adlamışdı.