
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında Fransa klubuna uduzdu
- 22 Okt 2025 21:21
- 59
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin ilk matçında Fransada "Nant"la qarşılaşıb.
Rekord.az xəbər verir ki, oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.
Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.