
“Qarabağ” bizə qol vuranda bunu sakit qarşıladım” - Valverde
- 00:10
- 46
"Qarabağ" "Atletik" (Bilbao, İspaniya) komandasına qol vuranda rəqib komandanın baş məşqçisi Ernesto Valverde bunu sakit tərzdə qarşılayıb.
Rekord.az xəbər verir ki, bunu "Atletik"in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında özü deyib.
Mütəxəssis "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun oyunundan sonra fikirlərini bölüşüb:
"Onlar bizə qol vuranda bunu sakit qarşıladım. Çünki qarşıda çox vaxt var idi. Hiss etdim ki, qarşılaşmaya həyəcanlı başladıq. Sanki birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Lakin sonradan ağıllı oynadıq və sürəti artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Sürətli tempi saxlamaq bir o qədər asan olmadı. Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı".
“Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.