
Milli üzvü “Qarabağ”a keçdi
- 13:40
- 37
Azərbaycan həndbol millisinin üzvü Nicat Əzizov karyerasını "Qarabağ"da davam etdirəcək.
Bu barədə Rekord.az-a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
35 yaşlı oyunçu ötən mövsümü "Bakı" klubunda keçirib. Bu transfer təcrübəli oyunçunun "Qarabağ"a ikinci dönüşü kimi yadda qalacaq.
Qeyd edək ki, N.Əzizov karyerası ərzində "Məhsul" klubunun da şərəfini qoruyub.